Ölkəmizdə ilk dəfə olaraq keçirilən 1-ci Türk kitab festivalı 3 gün ərzində öz işini uğurla başa vurdu. Tədbirə ev sahibliyi edən BDU-nun geniş həyəti nəşriyyat evlərinə stendlərlə çıxış etməsinə şərait yaradaraq tələbə və müəllim heyətinə kitab bayramı yaşatdı. 3 gün boyunca tədbirdə Türk dünyası elm adamları çıxışlar etdi, BDU-nun rektoru Elçin Babayev tək-tək stendlərə yaxınlaşaraq iştirakçılara müvəffəqiyyətlər arzuladı. “Cığır” birliyimiz də bu festivalda könüllülərinin təqdimatında sosial sahibkarlıq layihələri ilə çıxış etdi.
Hörmətli qonaqlar, millət vəkili Qənirə Paşayeva, ADU-nun rektoru Kamal Abdulla, xeyriyyəçi Hacı Nuran stendimizə yaxınlaşaraq öz xoş arzu və diləklərini çatdırdılar, biz də eyni zamanda birliyimiz adından yaxınlaşan qonaqlarımıza xatirə olaraq kitablar hədiyyə etdik. Yüksək səviyyədə təşkil edilmiş festivalda birliyimizə göstərilən diqqət və qayğı xalqımızın xeyriyyəçilik ənənələrinin dərin kökləri olduğunu bir daha sübut edir.
Ulu öndərimizin də yerində işlətdiyi bir ifadə də səsləndirildiyi kimi: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” Bizlər də fəxr edirik ki, azərbaycanlıyıq!