“Xəyallara gerçək ol” layihəsi çərçivəsində əmanətlərimizin sevincinə şərik olduq

“Xəyallara gerçək ol” layihəsi çərçivəsində əmanətlərimizin sevincinə şərik olduq

Bir uşaq düşünək: Onun xəyalları var. Bəlkə də o xəyallar onun üçün əlçatmazdır, imkansızdır. Xəyalın gerçəkliyi isə böyük sevincdir, həyəcandır, ümiddir.

Biz də bu ümidə, sevincə səbəb olmaq üçün “Xəyallara gerçək ol” layihəsi çərçivəsində onların imkansız olaraq düşündükləri xəyalları xeyirsevərlərimizin ianə dəstəyi ilə mümkün edirik.

Könüllülərimizlə birgə 5 ailənin əmanətlərini arzuladıqları oyuncaqlarla sevindirdik.

Əmanətlərimizdən birinin anası yazır ki: “Maşın o qədər xoşuna gəlib ki, ondan ayrıla bilmir. Arxasından buxar çıxan maşını internetdə görmüşdü çox istəyirdi. Həmişə doğum günlərində maşın aldırsa da beləsi heç vaxt olmamışdı. Allah sizdən razı olsun“.

Əziz xeyirsevərlər, bu sadəcə xəyallara gerçək olmaq demək deyil, bu həm də qəlbin xoşbəxtlik çırpıntısıdır, bu həm də güvəndir.

Siz də ianə edərək bir çox xeyirin səbəbkarına çevrilə bilərsiniz.

Layihəyə dəstək üçün:

Kapital Bank: IMDAD KARIMLI
4169 7413 3966 7972