“Cığır” MDİD İB 1 iyun Ümumdünya Uşaqların Beynəlxalq Müdafiəsi günündə əmanətləri ilə görüşdü

“Cığır” MDİD İB 1 iyun Ümumdünya Uşaqların Beynəlxalq Müdafiəsi günündə əmanətləri ilə görüşdü

Azərbaycanın xəzinətək dəyərli gələcək carçıları olan uşaqların inkişafına təminat vermək, onları əvəzsiz qayğı ilə sevgi dövrəsinə salmaq hamımızın borcudur.

“Cığır” MDİD İB 1 iyun Ümumdünya Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq himayəsində olan sevimli əmanətləri, dəyərli könüllüləri onları yaxşılıq dənizində üzməyə çağıran müəllimlərlə birlikdə bu günü unudulmaz xatirələrlə yaddaşa hopdurdu.

Doğma diyarımızın tayı-bərabəri olmayan təbiətini özündə cəm edən, qədim şəhər- Şamaxı öz köksünü bu dəfə “Cığır” qonaqları üçün açdı. Kollektivin Şamaxı Rəsədxanasına səfəri iştirakçıların dərin diqqətini milyardlarla uzaqlıqda olan ulduzlara, planetlərə yönəltməyə müvəffəq oldu. Rəsədxana təlimçilərini böyük maraq və diqqətlə dinləyən uşaqlar bu sayədə qalaktikamızın əsrarəngiz sirlərinə bələd oldular. Onların burada baş tutan görüş sonrası təəssüratları həmin gün birliyimizə ünvanlanan bütün təşəkkürlərdən daha dəyərli idi.

Növbəti dayanacaq dağların qoynunda, kollektivin səmimi münasibəti ilə sevgiyə qərq olan mühitdə piknik etmək üçün açıq havada Şamaxı mənzərəsi oldu.

Xatiratımıza sevgi duyğusunun ətrafımıza necə təcəssüm etdiyini, ən möhtəşəm xoşbəxtliyin isə xoşbəxt etməkdən başladığını unutdurmayacaq anlar həkk oldu.