“Cığır” İB nəzdində fəaliyyət göstərən “Qönçə” uşaq bağçası online şəkildə gül balaları ilə görüşlər keçirir.

“Cığır” İB nəzdində fəaliyyət göstərən “Qönçə” uşaq bağçası online şəkildə gül balaları ilə görüşlər keçirir.

“Tərbiyə ana qucağından başlar. Körpəyə söylənən hər kəlimə onun şəxsiyyət binasına qoyulan bir kərpicdir.”
(Namiq Kamal)
“Cığır” MDİD İB nəzdində fəaliyyət göstərən “Qönçə” uşaq bağçası online şəkildə gül balaları ilə görüşlər keçirir.
Baş tutan görüşümüzdə könüllü müəllim heyəti tərəfindən uşaqlara “sehrli sözlər” mövzusunda dərs keçirildi.
Dərs mövzumuz gündəlik həyatda istifadə etdiyimiz nitq etiketlərindən ibarət idi.
Əsas məqsəd uşaqlara gözəl danışığı aşılamaq və bu istiqamətdə onları inkişaf etdirməkdir.
Sözlərin sehrinə bürünən qönçələrin sual-cavab zamanı dərsi diqqətlə dinlədiklərinə və bəyəndiklərinə şahid olduq.
Ümid edirik ki, toxum olan balaca dünyaları ən gözəl şəkildə yetişdirmək nəsibimiz olacaq və bu zaman onlar bizi öz sehirli dünyalarına qərq edəcəklər.