“Cığır” 6 may 2018-ci il tarixində Binəqədi və Yasamal ərazisində yaşayan əmanətləri ilə görüşdü.
“Qonaq gəl bizə” layihəmizdə onların hər görüşdə daha da doğmalaşmaları,bir-birlərinə isinişmələrinə şahid oluruq.
Ramazan öncəsi onlarla söhbət etdik.”Ramazan deyəndə ağlınıza nə gəlir?”sualı ətrafında təfəkkür etdik.
Ramazanı gördükləri kimi rəsmlərində canlandırmağa çalışdılar.
Bir yerdə oynadığımız oyunlar görüşümüzə daha da səmimiyyət qatır.Və görüşümüz uşaqlar üçün hazırlanmış tort kəsimi və çay süfrəsi ilə tamamlandı.