“Qonaq gəl bizə” layihəmiz davam edir.

“Qonaq gəl bizə” layihəmiz davam edir.

06.05.2018-ci il tarixində Xətai rayonu üzrə Qonaq gəl bizə layihəsinin işığında əmanətlərimizlə növbəti görüşə tələsdik.

Bu dəfə biz Röyagildə qonaq olduq. Bizi anası, Röya və kiçik qardaşı qarşıladı. Mehriban, sakit ailədirlər.
Görüşə qızlardan Zəhra, Müjgan, Samirə və Aytən gəlmişdi.
Arzu müəllimə “Təfəkkür cığırı” kitabının üz qabığında təsvir olunan şəkildə “kim nə görür?” deyə suallar verərərək ev tapşırığını soruşdu.
Ev tapşırığını təkrar edərkən yadımıza saldıq ki, müxtəlif meyvələri özündə birləşdirən ağac çox güclü olmalı və Allahın boyasına boyanan insan bərəkətli, verimli və faydalı insandır. “Təfəkkür cığırı”ndan Tənbəllik mövzusunda olan bölümü qızlarımızın hər biri bir hissə olaraq oxudu. Sonra bu mövzuda Arzu müəllimə oxuduğunuz bu hissədən ”sizə təsir edən və yadda qalan bir cumlə” deyin deyə soruşdu. Qızlarımız müxtəlif maraqlı cavablar verdilər. Ən çox yeni fikirləri ilə, düşüncə tərzi ilə seçilən Zəhra oldu.
Bundan sonra A4 kağızı paylanıldı və “tənbəllik virusu və gözəllik antivirusu arasında bir dialoqu təsvir edin və necə görürsünüz?”sualı verilərək şəkillər çəkildi və şəkillərdəkiləri hər bir qızımız təsvir etməyə başladı.
Müjgan və Samirə də öz fikirlərini bildirir və sual cavabda aktiv idilər. Aytən müşahidə edir, hərdən cavab verirdi. Röya isə sakit tərzdə səssiz dayanmağı ilə seçilirdi.

Leave a Reply