Xətai əmanətlərimizlə “Səməd Vurğun adına Mərkəzləşmiş kitabxana”da növbəti dəyirmi masa keçirildi.
Salamlaşdıqdan sonra “Kitab əhli” tortu ilə motivasiya qurduq. Cavablandırdılar : “əvvəl kitab ətrinə yığışdıq, sonra artıq kitab əhli olduq…”
Tortun üstündə durğu işarələri çəkilmişdi: ? . ! … Və s. Bu işarələri müzakirə etdik. Arı, günəş, ay, kəpənək, toxum kimi durğu işarələri də OXUnmaq istəyir.
A4 vərəqləri paylanıldı. Bir üzünə hər kəs
Ad,soyad,
oxuduğu əsərlər və
suallarına cavab yazdı. Sonra vərəqin o biri üzünə hər kəs oxuduğu əsəri hansı şəkillə təsvir edirsə, o şəkli çəkdi.
Bərabər tort kəsib, çay içib, yenidən kitab götürüb görüşü qurtardıq.