“Bakı, qonağımız var!” (3-cü gün)

“Bakı, qonağımız var!” (3-cü gün)

“Bakı, qonağımız var!” layihəsi ilə rayondan Bakıya səfər etmiş balaca qəlbləri səfərin son günü Binə ticarət mərkəzinin xeyirdə yarışan işçiləri minnətdarlıq duyğusu ilə doldurdu. Əmanətlərimizi gördüyündə gözü dolanlar, qapılarını taybatay açanlar, “kim xeyirli bir cığır açarsa, o cığırdan ona da pay var” ayəsi ilə ticarətdə cığır açanlar, “əmanət” sözünü eşidəndə qəlbi sevgi ilə dolanlar, əyilib ayaqbağlarını bağlayan, onların əllərindən bərk-bərk yapışıb “sən mənə əmanətsən” deyən əmanətlərdən ibarət işçi qrupumuz bu uşaqlar üçün əsl sevgi məktəbi keçdilər.
3 günlük layihəmizdə qonağımız olan ata himayəsindən məhrum uşaqlar soyuq havalarda onlara ayrılan diqqətin və qayğının, təmmənnasız sevginin isti qucağında isindilər! Bu “balaca” 3 günə böyük duyğular sığdırdıq, saf sevgini daddıq, niyə Rəbbimizin yetimləri bizə “əmanət” etdiyini bir daha anladıq!