“Bakı, qonağımız var!” (2-ci gün)

“Bakı, qonağımız var!” (2-ci gün)

Bu gün “Bakı, qonağımız var!” layihəsi çərçivəsində rayondan gələn ata himayəsindən məhrum əmanətlərimizlə sevinc gülüşləri ilə dolu 2-ci gün yaşadıq. Bu günü onlar və bizim üçün unudulmaz və rəngarəng edən Dənizkənarı milli park rəhbərliyinə attraksionlar və velosipedlər üçün, xüsusilə Elşən müəllimə, Baku City Tour, Planetarium, “Ulduz” şokolad fabriki rəhbərliyinə bizə açdıqları isti qucaqları üçün səmimi təşəkkürümüzü bildiririk. Bakının gözəlliyini görmək üçün kilometrlərlə yol gəlmiş balaca əmanətlərimizə qəlbinin qapılarını açan, onların sevincinə sevinc qatan və qəlblərindəki vətənpərvərlik coşqusunu böyüdən xeyirsevərlərə minnətdarıq.