“Bakı, qonağımız var!” (1-ci gün)

“Bakı, qonağımız var!” (1-ci gün)

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi “Bakı, qonağımız var!” layihəsi ilə uzaq rayonlarda yaşayan əmanətlərimizi Bakıda qonaq edərək, onlara “Oxu Evi” bookcafemizi, “Salam Yurdu” təlim-tədris mərkəzimizi, Bakının ən görməli yerlərini tanıdır. Ağdaş, Qəbələ, Quba, Oğuz rayonlarından himayəmizdə olan uşaqlarla unudulmaz üç gün silsiləsinin 1-ci günü şan və qürur mənbəyimiz Şəhidlər xiyabanı, Əbədi məşəl və ölkəmizin azadlığı uğrunda canından keçmiş qardaş xalqımızın şəhidlərinin uyuduğu Türk şəhidliyi abidəsi himnimizin və vətənpərvər balaca qəlblərin şövqü müşayiəti ilə ziyarət olundu. Dağüstü parkda funikulyorla gəzdik, şəhərimizin tarixi, Xəzərin əzəməti barədə danışdıq. Axşam isə “Dərs” filminə baxdıq və filmin müzakirəsini apardıq. Bütün bu işlərdə ön və arxa cəbhədə şövq və sevgi ilə çalışan əmanətlərimizdən ibarət “Gənc cığır” qızlarımız və “Üfüqə doğru” oğlanlarımızın başqa əmanətlər üçün etdiklərini görmək və paylaşmaq sevgisinə şahid olmaq isə bizi bir ayrı duyğulandırır!