Yaxşılıq carçısı olmağa tələsin!

Yaxşılıq carçısı olmağa tələsin!

Dəyərli xeyirsevərlər!
Sevgi xoşbəxtlik yolunu aydınladan bir işıqdır.
Himayəçisi olan hər bir yetimin təbəssümü sizə nur olaraq dönəcək! Yetimin duası və razılığı çox fərqli hislər  yaşadacaq sizə! O məsum baxışlar təbəssümlə işıqlanır.
“Cığır”ın qeydiyyatında olub, himayəçisini gözləyən onlarla uşağımız var .
Onların qəlbindəki yer məhz sizin olsun. Bunun üçün xeyirdə yarışaq və tələsək!
9 avqustda “Salam yurdu” təlim-tədris mərkəzimizdə keçiriləcək “İşığım sən ol!” adlı konfransımızda bütün xeyirsevərləri gözləyirik.

Həmçinin “Cığır”-ın müqəddəs Qurban bayramı münasibətilə təşkil etdiyi kiçik xeyriyyə satışında iştirak etmə fürsətini qaçırmayın. Bu bayram eviniz bir yetim təbəssümü ilə aydınlansın, bir yetim duası ilə nurlansın.
Varlığınızla yaxşılıq carçısı olmağa gəlin!

Tarix: 09.08.19
Saat: 15:30
Ünvan: “Salam yurdu” təlim-tədris mərkəzi. İnşaatçılar m. yaxınlığı,Topçubaşov adına elmi cərrahiyə mərkəzi ilə üzbəüz.