Növbəti “İşığım sən ol!” konfransı keçirildi.

Növbəti “İşığım sən ol!” konfransı keçirildi.

Müqəddəs bayramımız artıq qapımızın astanasında dayanıb. Onu layiqincə qonaq etməyimiz üçün “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi olaraq yüzlərlə yetim şagirdlərin təhsil ocağı olan “Salam yurdu” təlim-tədris mərkəzimizdə növbəti “İşığım sən ol!” adlı konfrans keçirdik. Qurban bayramının əsl mahiyyəti və bu bayramdan dinimiz, cəmiyyətimiz və insanlıq üçün necə ən gözəl şəkildə yararlana biləcəyimizi müzakirə etdik. Eyni zamanda hesabat xarakteri daşıyan konfransda son bir neçə aylıq fəaliyyətimizi əks etdirən video və slaydlar da nümayiş olundu. Konfrans hər zamankı kimi gəlirinin çoxşaxəli xeyriyyə işlərinə sərf olunması nəzərdə tutulan kərməslə müşayiət olundu. Bu dəfəki kərməsdə artıq bir neçə aydır fəaliyyətə başlamış və gəliri tamamilə xeyriyyə vəqfinə sərf olunan Azərbaycanın ilk və hələ ki yeganə mağazası- “Mülk” mağazamızın məhsulları satışa çıxarılmışdır.
Gəlin, cəmiyyətimiz və insanlıq üçün əl-ələ verək və bu bayramı hamı üçün bayram edək, çünki yetim gülərsə dünya gülər!