Bakı Nəqliyyat Agentliyinə böyük dəstəyi üçün təşəkkür edirik

Bakı Nəqliyyat Agentliyinə böyük dəstəyi üçün təşəkkür edirik

“Bakı, qonağımız var!” layihəsində Bakı Nəqliyyat Agentliyi 3 gün müddətində ata himayəsindən məhrum uşaqları Bakı şəhərinin görməli yerlərini gəzdirmək üçün bizləri təmənnasız şəkildə “Bakı bus”la təmin etdi.

“Cığır” MDİD İB adından Bakı Nəqliyyat Agentliyinə təmənnasız şəkildə nəqliyyat ayırmağı, atası dünyasını dəyişmiş uşaqlarımızın qəlbini sevindirərək Bakını onlara daha yaxından tanıtdırmada və sevdirmədə, onların qəlbinə əbədi həkk olacaq xatirələrin qalmasında bizlərə böyük dəstəyi üçün təşəkkür edirik.

Ümid varıq ki, belə müqəddəs işlərdə daim BNA dəstək göstərərək dəyərli balalarımızın  qəlbini sevindirəcək!