Şəkidə baş tutan KOBFest sərgisində iştirak etdik

Şəkidə baş tutan KOBFest sərgisində iştirak etdik

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Şəki şəhərində KOBFest sərgi-satış yarmarkası təşkil olunub. Xan sarayının ərazisində keçirilmiş yarmarkada “Cığır” MDİD İB-nin sosial sahibkarlıq layihələri iştirak edib. Satış yarmarkasında birliyin könüllüləri, əməkdaşları tərəfindən müxtəlif layihələr çərçivəsində hazırlanan məhsullar, əl işləri nümayiş etdirildi.

“Maidə tekstil”- xanımların incə zövqlə tikdiyi məhsulları “Amber soap” görünüşü ilə diqqəti cəlb edən təbii sabunları, vitraj nümunələri alıcılara təqdim edildi.

KOBİA-ya yaratdığı şərait üçün təşəkkür edirik.