Month: İyun 2024

“Ruhun cığırı” adlı məclisimizdə bu dəfə “Cığır” İB-nin təsisçisi Yeganə Mirzəyeva (İbrahim) ilə birlikdə güvən mənəvi dəyərindən söhbət açdıq.

İnsanın ən böyük məsuliyyətindən biri güvənilir olub, digər insanlara güvənməkdir. Güvənmədən insan yaşaya bilməz və onun xoşbəxt olmaq üçün güvənməyə ehtiyacı var…….. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz. […]

28.05.2024 və 04.06.2024 tarixlərində “Kitab bağı” kafesində Yeganə Mirzəyevanın moderatorluğu ilə keçiriən “Dəvət-i-Füzuli” gecəsindən görüntüləri təqdim edirik.

28.05.2024 və 04.06.2024-də keçirilən görüşümüzdə də “Dəvət-i Füzuli” gecəsində Qırxlar məclisindən, hünərdən və Füzulinin özünü həm Zahid, həm də Rind kimi qələmə verdiyi “Rindü-zahid” nəsrlə yazılmış əsərinən danışıldı. Hər birinizi […]

“Cığır” İB əmanətləri ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil etdi.

Muzeylər tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisələrdir. Məktəbli əmanətlərimizi mədəni-tarixi irsimizlə dəqiq və aydın şəkildə tanış etmək, onların dünyagörüşünü inkişafı etdirmək istiqamətində mədəni-maarif gəzintilərimizi həyata keçiririk. Bu […]

2024-cü il Ramazan ayının sosial hesabatını təqdim edirik.

“Cığır” MDİD İB olaraq səbirlə gözlədiyimiz Ramazan ayını yola saldıq. Könüllülərin təbəssümündə, əmanətlərin sevinclə döyünən qəlbində, iftar süfrələri üçün maddi-mənəvi dəstək göstərən insanların birliyində Ramazanı cani-könüldən yaşamaq çox dəyərli oldu. […]