“Cığır” İB əmanətləri ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil etdi.

“Cığır” İB əmanətləri ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil etdi.

Muzeylər tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisələrdir.

Məktəbli əmanətlərimizi mədəni-tarixi irsimizlə dəqiq və aydın şəkildə tanış etmək, onların dünyagörüşünü inkişafı etdirmək istiqamətində mədəni-maarif gəzintilərimizi həyata keçiririk.

Bu dəfə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil etdik.

Ekskursiya zamanı şagirdlər Arxeoloji-Etnoqrafik muzey kompleksi, Qala qəsri, Əntiq Əşyalar muzeyi və tullantılardan hazırlanmış əl işlərindən ibarət muzeyin hər biri ilə yaxından tanış olublar. Muzeyin tarixi haqqında ətraflı məlumatlandırılıblar.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi rəhbərliyinə təmənnasız ekskursiya dəstəyi üçün təşəkkür edirik.