2024-cü il Ramazan ayının sosial hesabatını təqdim edirik.

2024-cü il Ramazan ayının sosial hesabatını təqdim edirik.

“Cığır” MDİD İB olaraq səbirlə gözlədiyimiz Ramazan ayını yola saldıq. Könüllülərin təbəssümündə, əmanətlərin sevinclə döyünən qəlbində, iftar süfrələri üçün maddi-mənəvi dəstək göstərən insanların birliyində Ramazanı cani-könüldən yaşamaq çox dəyərli oldu. Xeyirsevərlərin ianəsi və duası ilə Ramazan ayımızı şərəfləndirməyə cəhd etdik. Budur, 2024 Ramazan fəaliyyətimizi şükranlıgla sizlərə təqdim edirik Əmanətlərimizlə Ramazan boyu 25 gün iftar proqramında cəm olduq. Bu proqramlarda 320 ailə, 599 əmanət iştirak etmiş, Gül balalarımıza 549 Ramazan hədiyyə qutusu, 588 ayaqqabı, ailələrə 74 qurban əti paketi və ya yarımfabrikat dolma paketləri təqdim edilmişdir. Zaqatala, Astara, Balakən və Qaxda Ramazan bayramını əmanət ailələrimizlə böyük şövg və təntənəylə qeyd etdik. Həssas qrup nümayəndəsi analarımız Sumqayıtda yaşayan 55 əmanət balalarımızın iftar süfrəsində cəm ola bilməsi üçün təşəbbüs göstərdilər. Həmçinin Saray qəsəbəsi də daxil olmaqla ümumilikdə 23 ailəyə 16 qurban payı, 27 əmanətə ayaqqabı və 29 əmanət balamıza Ramazan sovqatı verildi. Bayram tədbirlərində 85 əmanətimizə ayaqqabı, 86 əmanətimizin hər birinə təqdim edilən hədiyyə qutulari böyuk sevinc yaşatdı. Bakıda və bölgələrdə ümumi 140 ailə fitrə boğçası, 43 dolma paketi, 42 anaya libaslar və “Cığır” İB təsisçisi Yeganə Mirzəyevabın imzasıyla müəllifi oldugu maarifləndirici “Oxu yoldur” kitabı hədiyyə edilmiş, söhbətlər aparılmış, 335 kitab Bakı, 35kitab -Cənub və Şimal bölgələri olmaqla təqdim edilmişdir. Növbəti Ramazan ayında yenə də xeyirde cəm olub bərabər gözəlliklərə şahid ola bilmə duasıyla təşəkkürümüzü çatdırırıq.