Month: Sentyabr 2019

Yeni tədris ilinin başlaması ilə “Salam yurdu” təlim-tədris mərkəzimizdə könüllü müəllimlərlə görüş keçirildi.

“Əsl müəllimlər şagirdlərini öyrətmirlər, öyrənmə həvəsini yaradırlar.” şüarı altında birləşən və əmanətlərimizə könüllü dərs keçəcək müəllimlərimizlə yeni metodlar, yaradıcı dərs prosesinin yaradılması, uşaqlara özünəməxsus və azad düşüncə tərzinin öyrədilməsi barədə […]

Məktəbli əmanətlərimiz üçün fəaliyyət göstərən “Salam yurdu” təlim-tədris mərkəzinin otaqlarını yenidən müəllim və şagird səsləri bürüməyə başladı.

Yeni dərs ilinə yeni enerji, yeni ruh və yeni sevgi ilə başlayan heyətimiz 1-dən 11-ə qədər bütün siniflər üçün orta məktəb fənnlərinin tədrisinə start verdi. Beynəlxalq məktəb proqramında keçirilən yaradıcı […]

Kitab sevgisini yaymaq üçün uzun zamandır fəaliyyət göstərən “Kitab ətri” layihəsinin 2-ci hissəsində Nardaran əmanətlərimizlə dəyirmi masa arxasında görüşdük.

Nəsimi yaradıcılığı başda olmaqla insan təxəyyülünün tükənməyən adalarının sahillərinə kitab gəmiləri ilə səyahət etdik. “Bir kitab qədər əlverişli deyildir heç bir gəmi Uzaq ölkələrə götürmək üçün bizi.”   (Emily Dickinson)