70 əmanətimizə məktəbli çantası və ləvazimatları hədiyyə olundu.

70 əmanətimizə məktəbli çantası və ləvazimatları hədiyyə olundu.

“Cığır” İB olaraq bu gün 15 sentyabr həyəcanı yaşayan əmanətlərimizlə birlikdə yeni məktəb ili ilə əlaqədar bir araya gəldik. İlk məktəb, ilk dərs həyəcanını yaşayan balaca əmanətlərimizlə yuxarı sinif əmanətləri öz dəyərli məsləhətlərini bölüşdü, onlara ilklərin necə əhəmiyyətli olduğunu, onları cəsarətlə qarşılamağı, biliyin paylaşa biləcəyimiz ən dəyərli əmanət olduğunu öyrətdilər. Görüşümüzdə 70 əmanətə məktəbli çantası və məktəb ləvazimatları hədiyyə edildi. Bizimlə birlikdə onların həyəcan və sevincini bölüşən hər kəsə təşəkkürümüzü bildiririk və hər balamıza yeni dərs ilində yeni uğurlar arzu edirik!