“Xeyriyyəçi tələbələr” ilə görüşümüz keçirildi.

“Xeyriyyəçi tələbələr” ilə görüşümüz keçirildi.

Universitetlər açıldı, tələbələr yeni macəralar, yeni unudulmaz xatirələr, yeni sevinclər ardınca kursumuzda cəm oldu! Sayı artıq 200-dən çox olan böyük könüllü ailəmizin iclası baş tutdu və “Kitab ətri”, “Qonaq gəl bizə”, “Xəstə ziyarətləri”, “Ramazan qatarı”, “Xoşbəxtlik bankası” və daha neçə-neçə layihələrə yeni nəfəs vermək üçün təkliflər irəli sürüldü, artıq ailəmizin bir parçasına çevrilmiş könüllülər yeni gələnlərlə öz xatirələrini və xoşbəxtlik hekayələrini bölüşdülər, illik hesabat slaydları göstərildi, yeni layihələr planı hazırlandı, komandalar təşkil olundu.
“Gənc” sözünün mənası “xəzinə” deməkdir. İçindəki xəzinəni ortaya çıxarmaq üçün bütün gəncləri aramızda gözləyirik!