1 iyun münasibəti ilə Parlaq imzalar nəşriyyatı əmanətlərimizə kitablar hədiyyə etdi.

1 iyun münasibəti ilə Parlaq imzalar nəşriyyatı əmanətlərimizə kitablar hədiyyə etdi.

Bu günün uşaqları, sabahın qurucuları..
Bu gün sevinc üstünə sevinc yaşanır. Heç bir zaman Cığır IB-dən öz dəstəyini əsirgəməyən Parlaq İmzalar Nəşriyyatı! “Hər uşağın kitab dostu ol” layihəsi ilə üzləri güldürməyə davam edir. 1 iyun- Uşaq günü münasibəti ilə nəşriyyat “Cığır”ın kitabsevərlərinə poçt vasitəsilə şirniyyat və hədiyyəlik kitablardan ibarət bağlamalar təqdim edir. Layihədə Bakı, Sumqayıt və digər bölgələrimizdə yaşayan uşaqların iştirakı nəzərdə tutulur. Düşünürük ki, əmanət balalarımız üçün “1 iyun” onlara göndərdiyimiz bu hədiyyələrlə daha böyük anlam və əhəmiyyət kəsb edəcək.