“Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın sözləri qurtarmazdı. Həqiqətən, Allah qüdrətlidir, müdrikdir.” (Loğman, 27)
İlk dəfə tərpənəndə SÖZdən güc aldı QƏLƏM,
SÖZdən doğuldu ilk hərf… şahiddir bütün aləm.
Xəlvət pərdəsini ki, qaldırdılar, atdılar,
Öncə SÖZ cilvələndi, sözdən can yaratdılar.
SÖZdən bir səs, bir nəfəs gəlməmiş, Inan mənə:
Can girmədi palçıqdan xəlq olunmuş bədənə!
O gündən ki, QƏLƏMlə kağız çatdı şərəfə,
Cahan açdı gözünü, SÖZü gördü ilk dəfə.
SÖZ olmasa yerində dünya donardı, sözsüz
Nə qədər SÖZ dedilər,yenə əskilmədi SÖZ.
SÖZ canımızdır…Eşqin lüğətinə baxsana!
BİZ SÖZÜKük, gövdəmizsə yalnız xarabaxana!
Yalnız QƏLƏM gücünə düşüncələr saxlanır,
Misra SÖZ quşlarının qanadına bağlanır.
Bu sonsuz aləmdə ki, həm təzədir, həm köhnə,
Tükü qırx yerdən bölən SÖZdən kəskin nə var, nə?
Düşüncənin əvvəli, rəqəmin, sayın sonu,
Təkcə sözdür, təkcə SÖZ, yadında saxla bunu.
Gah SÖZün bayrağını çəkərlər eldən elə,
Gah QƏLƏMIN yazdığı saçar dünyaya şölə.
Bayrağını ən uzaq ellərə sancan da SÖZ,
QƏLƏM ilə ən yeni iqlimlər açan da SÖZ.
Biz ki, gözlərimizi SÖZə dikmişik artıq,
Ölsək, SÖZlə ölərik, qalsaq, SÖZlə qalarıq.
Damarları donanlar sözdə tapar atəş, köz,
Bağrı yananlar üçün dirilik suyudur SÖZ.
SÖZdür bərbad aləmin abad qalan guşəsi,
Bu fələk süfrəsinin ən dadlı azuqəsi!
SÖZ tapa bilməsəydi candakı şah damarı,
Can kələfin ucunu-aləmin tapardımı?
SÖZlə kəşf eləyiblər, hər qaydanı, hər yönü;
Həm təbiət mülkünü, həm şəriət möhrünü.
Mədən SÖZ və qızılı təklif edir sərrafa,
Sərraf tərəzisində SÖZ qızıldan çox baha!
Təzə SÖZ, köhnə altun.. hansı hakim kəsilir?
SÖZ hara, qızıl hara? Bunu sözdoğan bilir!
Öz qüvvəsilə gedər SÖZ qasidi.. tövşüməz,
SÖZ qaldıran dağları qaldıra bilməz heç kəs!
Heç kəs əyləşə bilməz SÖZdən yuxarı qatda,
Dövlətimiz,mülkümüz yalnız SÖZdür həyatda.
SÖZdən xəbərsiz qalır könüldən xəbərsizlər,
SÖZün yozumu SÖZdən daha şux, daha dilbər.
Nə qədər ki, cahan var, SÖZün coşsun qoy səsi,
Qoy SÖZlə təzələnsin Nizaminin nəfəsi.
Gözəl sözün müsbət enerjisi olur.
Həkimlərimiz də, xoş sözlərlə xəstələrə yardım etməyə çalışırlar. Yaxşı həkimin ümidverici sözləri çarəsiz xəstənin əhvalını xeyli yaxşılaşdıra bilir.
Gözəl sözlə insan ayağa qalxıb həyatını müsbətə doğru dəyişə bilər.
“Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.” İsra surəsi 53.
İftar süfrələrinin ən gözəl neməti sizin cəhdlərinizdir, əziz gənclər!
İftar zamanı ən üstün qidanı ruhumuza siz ötürdüyünüz üçün hər birinizə təşəkkür edirik.
Şəkilləriniz ayənin tam mənasını əks edərək Yaradanın qudrətinə valeh etdirir insanı. Allah sizi qorusun. Tükənməyən sözləriniz saleh əməlinizə şahid olaraq Cənnətinizə vəsilə olsun.
İnsanı insan edən sözdür. Sözü dəyərli edən üzərində düşunülməsidi. Düşüncəni dəyərli edən isə yazılıb dünyaya çatdırılmasıdı. Rəbbim elminizj artırsın və qələminizi o elmin dili etsin
İftarimiza ən gözəl söz süfrəsinə ehtiyacımız vardır.. Allah qəbul etsin..
Allah razi olsun.Bu tip arasdirmaları gördükcə gənclərin parlaq, ve xilasedici gələcəyinə ümidlərimiz artır
masallah gencler size…sozun esl menasinda her paylasiminizi “agziaciq” oxuyuram…genc sozu xezine demekdir..siz dogurdan da xezinesiniz…bunlarin arasdirib,bizimle de bolusduyunuz cox cox sag olun…sozunuze quvvet…
Söz bizi əhatə edən auranın qaynağıdır. İnanıram ki artıq möhtəşəm auranız formalaşıb. Əhatənizə belə əks olunur.
SÖZdən bir səs, bir nəfəs gəlməmiş, Inan mənə:
Can girmədi palçıqdan xəlq olunmuş bədənə!
Ramazan boyunca ruhumuzu qidalandiran genclerimize masaAllah.
Allah sizden qebul etsin..
Dövlətimiz mulkumuz yalnız Sözdü həyatda
Yalnız QƏLƏM gücünə düşüncələr saxlanır
Gözəl söz qədər insanın ağlına,qəlbinə,vicdanına təsir edəcəkbir qüvvə yoxdur.Söz qəlbdən qəlbə gedən yolda bir körpüdür.Allah sizlərə gözəl sözlə ölü qəlbləri diriltməyi nəsib etsin
Rəbbimin sözü tükənməz və sonsuzdur. Rəbbim ərafımızı gözəl sözlü və gözəl düşüncəli insanlarla əhatə etsin.