“Kitab ətri” layihəsində esselerin yazılmasının ikinci mərhələsinə start verildi.

“Kitab ətri” layihəsində esselerin yazılmasının ikinci mərhələsinə start verildi.

Əmanətlərimizin daxilində gizlənən xəzinəni tapmaq yolunda axtarışlarımıza dayanmadan davam edirik. “Kitab ətri” layihəsinin nəzdində olan əmanətlərimiz ilə bu gün esselərin yazılmasının II mərhələsinə start verdik. Mərhələnin əsasını uşaqların yazdıqları “Təbəssüm salamdır” başlıqlı esse təşkil edir.
Təbəssüm insanı sakitləşdirər, ona hüzur verər. Yetər ki, bu içdən gələn, səmimi, təmənnasız bir təbəssüm olsun. Əmanət balalarımız üçün bu mövzunu seçməyimizdə məqsəd onlara, insanlara təbəssüm bəxş etməyin dəyərini və faydasını daha da aydınlatmaq idi.Ümid edirik ki, sevimli uşaqlarımız bu mövzuda bol-bol təfəkkür edəcək, təbəssümün əvəzedilməz faydalarına daha çox yiyələnəcəklər.