Zeruj Port AVM-ni ziyarət etdik.

Zeruj Port AVM-ni ziyarət etdik.

“Cığır” MDİD İB-nin növbəti səfəri  Azərbaycanda ilk və yeganə olan xeyriyyə məqsədli alış-veriş mağazamızın-“Mülk”-ün ticari əlaqələrini genişləndirmək üçün qardaş Türkiyəyə, İstanbul şəhərinə oldu.
Səfər zamanı Zeruj Port AVM -ni ziyarət etdik. İşgüzar xanım Selma Özkan ilə səmimi söhbətimiz zamanı “Zeros port”-un əsl məqsədi bizə məlum oldu. Qadınların  iş ilə təmin olunmasını və biznes məkanına daxil ola bilməsini dəstəkləyən “Zeros port” sanki birliyimizin Azərbaycanda başlatdığı sosial sahibkarlıq layihəsinin orada can tapmış halı idi. Bu bizdə möhtəşəm hisslər yaratdı. Sosial sahibkarlar olaraq qadın sahibkarlarını dəstəkləyir və iş fəaliyyətlərində uğurlar arzulayırıq.