Yüksək nəticə göstərən abituriyentlərimizi təbrik edirik !

Yüksək nəticə göstərən abituriyentlərimizi təbrik edirik !

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.

Biz “Cığır” MDİD İB ailəsi olaraq əmanət abuturyentlərimizin təhsilinə hər zaman həssaslıqla yanaşırıq. Onların gələcəyin mənəvi dəyərlərə sahib parlaq şəxsiyyət olması əsas prioritetlərimizdəndir.

Təhsil millətin gələcəyidir.

Heydər Əliyev

Əmanətlərimizlə abituriyent dönəmində psixoloji görüşlər keçirərək özlərinə olan güvən və inam hissini artırmağa çalışırıq.

Bu il buraxılış imtahanlarında müvəffəqiyyət qazanan əmanətlərimizi “Cığır” ailəmiz adından təbrik edirik.

“Elm ümmandır” təhsil təqaüdü proqramımıza ianə dəstəyi göstərən xeyirsevərlərimizə, eyni zamanda bu il əsaslı surətdə dəstək olan “Qutabdan Kitaba”, “Rəngahəng”, “Perspektiv” sosial sahibkarlıq layihəmizə dərin təşəkkürümüzü bildiririk!

Abituriyentlərimizə növbəti imtahan mərhələsində uğurlar arzu edirik!