Yaxşılığın İqlimində Yeni Bir Baxış

Yaxşılığın İqlimində Yeni Bir Baxış

Birliyimizdə mənəviyyat və elmin həmahəngliyini əks etdirən növbəti xüsusi seminar baş tutdu.

“Yardımeli” dərnəyinin rəhbəri, mənəviyyat üzrə məsləhətçi Özgül Üzümçünün təqdimatında keçirilən “İyiliğin İkliminde yaşamak” mövzusunu Quranın sosioloji və psixoloji işığında yenidən kəşf etdik.

Birliyimizin təsisçisi Yeganə Mirzəyeva ilə birgə baş tutan görüşdə ayələrin əvəzedilməz rəhbərliyi ilə xeyirxahlığın sadəcə maddi yardımla bitmədiyi, eyni zamanda insan ruhunu dirçəltməyin və onu yenidən ayağa qaldırmağın vacibliyi vurğulandı.

Həmçinin mənəviyyatda “alma-vermə” balansının qorunması mövzusuna xüsusi diqqət yetirildi.

Dəyərli görüş və paylaşımları üçün Özgül xanıma dərin təşəkkürümüzü bildiririk.