“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəmiz çərçivəsində iştirakçılar üçün aş və çay dəmlənməsinin fəlsəfi mahiyyətini əks elətdirən xüsusi təlim keçirilib.

“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəmiz çərçivəsində iştirakçılar üçün aş və çay dəmlənməsinin fəlsəfi mahiyyətini əks elətdirən xüsusi təlim keçirilib.

“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəmiz çərçivəsində təlimçimiz, fil.ü.f.dok Yeganə Mirzəyeva tərəfindən iştirakçılar üçün aş və çay dəmlənməsinin fəlsəfi mahiyyətini əks elətdirən xüsusi təlim keçirilib. Bu təlimdə süfrələrimizin bəzəyi olan aşın hazırlanma prosesi sadəcə bir proses kimi deyil də insanın daxili inkişaf və mənəvi yüksəliş yolu kimi təhlil edilib.

Təlim zamanı vurğulanıb ki, hər bir böyük yolçuluq çətinliklərdən başlayır. Bir düyü dənəsinin torpaqdan süfrəyə qədər keçdiyi yol — onun qaynar qazanda bişməsi, duzlu suyun sınağından keçməsi və sonda dəm alaraq ətir saçması — əslində insanın həyat sınaqları qarşısında necə formalaşdığının bir növ rəmzi sayıla bilər. Düyünün sərt qabığını atıb həlimləşməsi, insanın öz eqosundan uzaqlaşıb həqiqi mahiyyətini kəşf etməsinə bənzəyir.

Təlimin əsas qayəsi budur ki, həyatda qarşılaşdığımız “qaynar qazanlar” və sınaqlar bizi məhv etmək üçün deyil, xarakterimizi bütövləşdirmək və içimizdəki işığı üzə çıxarmaq üçündür.

Sonda qeyd olunub ki, əsl yetkinlik “dəm almaq” və öz enerjini xeyir əməllərə çevirməkdir. Yeganə xanımın təqdimatında keçən bu fəlsəfi təlim iştirakçılara milli mətbəx ənənələrimizə tamamilə yeni və mənəvi bir baxış bucağından baxmaq imkanı qazandırıb.
Bu xüsusi təlimə görə Yeganə Mirzəyeva təşəkkür edirik.