“Xəyallara gerçək ol” layihəsi növbəti dəfə əmanətlərimizin sevincinə səbəb oldu

“Xəyallara gerçək ol” layihəsi növbəti dəfə əmanətlərimizin sevincinə səbəb oldu

“Cığır” İB “Xəyallara gerçək ol” layihəsi ilə əmanətlərimizin qəlbində sevinc yaratmağa davam edir.

Bir neçə ildir xeyirsevərlərimizin ianə dəstəkləri ilə həyata keçirdiyimiz layihədə əsas məqsədimiz əmanətlərimizin xəyallarını xəyal olaraq saxlamaq deyil, onları gerçəkləşdirməkdir.

Bu dəfə də ikisi Bakıda 3-ü isə Ağdaş rayonunda olan  əmanətlərimizin ziyarətində olduq. Düşündük ki onlara ən gözəl hədiyyəmiz xəyalları olar.
Buna görə də ziyarətimizdə öz xəyal dünyasını rənglərlə ifadə etməsi üçün əmanətimizə boyama dəsti və digər əmanətlərimizə uşaqlıqlarını daha maraqlı keçirmələri üçün arzu etdikləri oyuncaqları sovqat apardıq.

Davamlı olan bu layihəmizdə siz xeyirsevərlər də öz dəstəkləriniz ilə bir xəyala gerçək olun.

Layihəyə dəstək üçün
Kapital Bank: IMDAD KARIMLI
4169 7413 3966 7972