Əmanətlərimiz ilə birgə Şamaxıya səfərimiz baş tutdu

Əmanətlərimiz ilə birgə Şamaxıya səfərimiz baş tutdu

“Cığır” MDİD İB-nin yorulmaq bilməyən dəyərli könüllü kollektivi gül balalar, əmanətlər ilə ölkəmizin ən qədim, əsrarəngiz təbiətə mənsub şəhərlərindən biri olan Şamaxıya səfəri yenidən baş tutmuşdur.

“Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız.”
Heydər Əliyev

Dünyada var olan 11 iqlimin 9-nun məhz diyarımızda yerləşməsi təbiətdən səmərəli istifadəmizə geniş şəkildə şərait yaradır. Onlardan biri də Şamaxıda yaradılan alternativ enerji müəssisələridir. Birliyin Şamaxıya yola düşən kollektivi məlumat əldə etmək üçün həmin alternativ enerji mənbələri ərazilərinə səfər edərək və qonaqpərvər, səmimi çalışanların verdiyi təlimatlar ilə daha dərindən tanış oldular.

Valehedici mənzərələri və sirləri ilə gün keçdikcə dünyanın daha çox maraq dairəsində olan sahələrdən birinin astronomiya olduğunu bilərək Şamaxı Rəsədxanasına ziyarət bir növ uşaqlarda qalaktikalararası ziyarətə bərabər oldu. Onların xüsusi həyəcan və həddən ziyadə maraqla rəsədxanada olan teleskopla planet və ulduzları seyr etmələri bunun əyani sübutu, bizim isə bu Şamaxı səfərində başlıca əldə etmək istədiyimiz uğur idi.