Torpağı Vətən edən, öz canını xalqına qurban verən şəhidlərimiz nə bu gün, nə də gələcəkdə vətənin şanlı tarixindən, xalqın yaddaşından silinəcəkdir!
Öz şücaəti ilə adını tarixə yazdıran, vətənin mətin igidi Veysəl Musibovun xatirəsinin əbədiləşdirilməsi üçün Xırdalan 5 nömrəli tam orta məktəbin həyətində şəhidin adına ucalan heykəlin açılış tədbiri baş tutub.
Tədbirdə məktəb nümayəndələri, şagirdlər və valideynlərlə yanaşı “Cığır” İB olaraq könüllülərimizlə bərabər yaxından iştirak etdik, şəhid ailəsinə ehtiramımızı bildirdik.
Bu tədbirin həyata keçirilməsi bir daha şəhidlərimizin xalqın yaddaşında əbədi qaldıqlarının nümunəsidir.
Şəhidlərimizi örnək alan gələcəyin qurucularını görmək bizi ümidləndirir, qürurlandırır, sevindirir.
İnanırıq ki, şəhidin vüqarlı duruşunu əks etdirən heykəl şagirdlərin dünyasında dərin iz buraxaraq, onları daim ruhlandıracaq.
Səninlə fəxr edirik, Vətən oğlu!