“Velosipedim” layihəsində daha bir əmanətimizin arzusu reallaşdı.

“Velosipedim” layihəsində daha bir əmanətimizin arzusu reallaşdı.

Bu gün sizinlə daha bir sevinc hekayəsini bölüşəcəyik.
Bir neçə il bundan öncə Şəkiyə əmanətlərimizlə görüşə yola düşdük uşaqlarla görüşümüzün ən önəmli hissəsi- tortumuzla birlikdə.
Uşaqların sevgi alış-verişi, yeni tanışlıqlar, könüllü və uşaqların havada bir-birinə qarışan gülüş və xoşbəxtlikləri birlikdəliyimizə rəng qatırdı.
Bu dəm balaca, sakit, şirin bir uşaq əlində bir səbət böyürtkənlə bizə yaxınlaşdı. Biz də tortumuzun üzərini bəzəmək üçün böyürtkən almaq bəhanəsi ilə satıcı uşaqla tanış olduq.
Məlum oldu ki, bu balaca Nəzir də əmanətmiş.
O qədər utancaq və həyalı idi ki, qəlbimizdə və ağlımızda silinməz iz buraxdı. Böyük sevgilə bu balacanı ailəmizə aldıq.
Bu gün o balaca uşaq 10-cu sinif şagirdidir və ən böyük arzusu reallaşdı- VELOSİPED!
Fındıq, böyürtkən sataraq anasına, balaca bacı və qardaşına baxan bu oğlumuz ilk günkü utancaqlıqla xoşbəxtliyini qəlbimizə süzdü.
Əziz xeyirsevərlər, dəyərli izləyicilərimiz!
“Cığır” ailəmizin hər gün yeni-yeni hekayələrinin ən böyük dəstəkçiləri sizlərsiniz. Velosiped uşaqlar üçün çox böyük sevincdir, ailəsinə baxan zəhmətkeş əmanətlər üçün isə sadəcə sevinc deyil, həm də minikdir.
“Velosipedim” layihəsinə ianələrimizlə dəstək olub bu sevinc hekayələrindən sonsuz sayda yaza bilərik.
Özümüzə bir yaxşılıq edək, əmanətlərə dəstək olaq!
KAPİTAL BANK:
GUNEL MIRZAYEVA
5103 0714 8558 9184