“Velosipedim”

“Velosipedim”

Dünyada ən təntənəli himn uşaqların gülüşüdür. Bu gün dünyamızın vahid və sevinc dolu himnə hər zamankından daha çox ehtiyac olduğu bir dövrdə “Cığır” MDİD İB ata himayəsindən məhrum uşaqlar üçün “Velosipedim” layihəsini irəli sürdü.
Layihə çərçivəsində xeyirsevər insanlar bir araya gələrək uşaqların xəyalı olan velosipedə qovuşmasında həmrəy oldular.

Ramazan - möcüzələr ayı...
Hər birinizi bu Ramazan əmanətlərimizə möcüzə yaşatmağa dəvət edirik!

Velosiped hər uşağın xəyalı.

Velosiped minik vasitəsi, bəzi əyalət uşaqları üçün isə hətta “çörək ağacı” rolunu oynayır.

Köməyinizlə..

2020-ci ilin Qurban bayramında Bakıda 4, Ağdaşda 4, Yevlaxda 1, Oğuzda 6, Astarada 3, Şəkidə 2, Qubada 6, Xaçmazda 3, İsmayıllıda 3 velosiped və 1 somokat  olmaqla cəmi 32 velosiped artıq balaca sahiblərinə çatdırılıb.

Layihə xeyirsevər insanların ianə və sədəqələri hesabına maliyyələşməkdə davam edir.

Layihəyə maliyyə dəstəyinizi bank hesabımızdan həyata keçirə bilərsiz:

Kapital bank – GUNEL MIRZAYEVA

No: 5103071485589184

Ruhun ən yaxşı məşqi qarşılıq gözləmədən bir başqasına kömək etməkdir.

Kimsənin xeyir işdə, faydalı olmaqla mənəvi dəyərlərinin işıqlanmasında kənarda qalmaması üçün “Cığır” davamlı tədbirlər keçirir və könüllülər yönləndirilir. Hər kəsin faydalı olmaq kimi tələbatı vardır. Çünki biz Yaşadığımız təbiətin ən önəmli hissəsiyik və təbiət faydalılıq prinsipi üzərində öz varlığını sürdürür.