“Sən də fidanınla yaşat şəhid adını” layihəmizin növbəti ağacəkmə aksiyası Bakı şəhəri Vətən müharibəsi şəhidi Elçin Mansurov adına Binə qəsəbəsi, 88 nömrəli tam orta məktəbdə baş tutdu.
Aksiyada Birliyimizin nümayəndələri, universitet müəllimləri, eləcə də məktəbin təsərrüfat üzrə müavini,
Vətən müharibəsi iştirakçısı, zabit Hüseyn Həsənov da iştirak etdi, birliyimizin könüllüləri ilə bərabər həyətyanı ərazidə zeytun ağacları əkilərək, şəhidlərimizin əziz xatirəsi yad edildi.
Bu xeyirxah təşəbbüsün reallaşdırılması üçün yaratdığı şəraitə görə məktəbin direktoru , tarixçi-tədqiqatçı Mirnağı Nəzərliyə dərin təşəkkürümüzü bildiririk.







