“Sən də fidanınla yaşat şəhid adını” adlı ağacəkmə aksiyamız bu dəfə Sumqayıtda baş tutdu.

“Sən də fidanınla yaşat şəhid adını” adlı ağacəkmə aksiyamız bu dəfə Sumqayıtda baş tutdu.

“Cığır” MDİD İB zəfərlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın şəhadətinə həsr olunan “Sən də fidanınla yaşat şəhid adını” adlı ağacəkmə aksiyasını davam etdirir.
Layihə 07.05.2021-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyəti dəstəyilə “Nəfəs” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildi.
Aksiyada iştirak edən şəhid və qazi ailələrinin üzvləri, könüllülər, məktəblilər Sumqayıt şəhəri ərazisində 200 şəhid adına zeytun fidanı əkdilər.
Qeyd edək ki, təhlükəsizliyin təmini məqsədilə ağacəkmə aksiyasında pandemiya şərtlərinə ciddi əməl edilib.
“Ağacəkmə” layihəmizin silsilə olaraq həyata keçirilməsi nəzərdə tutulur.