Bayram yaşandıqca, yaşatdıqca, müsəlmanlıq əhya olununca mübarək olur!
Ramazan bayramının birinci günü İsmayıllıda, ikinci günü Qəbələdə, Oğuzda, üçüncü günü Şəkidə və Qaxda yaşayan əmanətlərimizə xeyirsevərlərimizdən ürək dolusu salam gətirdik.
Üzlərindən bir an belə təbəssüm əskilməyən könüllülərimiz 3 gün ərzində 200-ə yaxın əmanətə fitrə boğçaları və hədiyyə bağlamalarını əmanətlərə çatdırdılar.
Qonaq olduğumuz hər qapıda bayram sevinci və hərarətini əmanətlərimizin sevgi dolu baxışlarında hiss etdik.
Ramazan bayramını Allahın bizlərə əmanətləri ilə qeyd etmək, gül balalara Ramazan sovqatını çatdırmaq həyəcanı və şövqünü yaşamaq “Cığır” ailəsi olaraq bizi çox xoşbəxt edir.