Şəhid Vüqar Sadıqov

Şəhid Vüqar Sadıqov

Şəhidlərimizin övladları bizim hər birimizə əmanətdir. Uzun illərdən sonra azadlığına qovuşduğumuz torpaqlarımızın hər bir qarışı üçün şəhidlərimizə borcluyuq.
Onlara olan borcumuzun bir hissəsini ancaq onların övladlarına qaytara bilərik.
Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan Vüqar Sadıqovun bizlərə yadigar qoyub getdiyi övladları ilə görüşdük.
Bizləri 3 gözəl bala –Yaşar, Nərgiz və Zeynəb qarşıladı.
Yaşarın məğrurluğu, ləyaqəti, bacılarını qorumaq əzmi, Nigarın “mən böyüyüb həkim olacam” istəyi, Zeynəbin üzündən əskik olmayan təbəssümü bizlərə bir daha hər bir şəhid övladının necə dəyərli olduğunu xatırlatdı.