Şəhid topçu polkovnik-leytenant Zaur Cəfərov

Şəhid topçu polkovnik-leytenant Zaur Cəfərov

Vətən sanki sevgi, hörmət, sevinc… sözlərinin toplumudur. Bu söz ulu babalarımızdan bu günə qədər torpağın yüz illik tarixini bir kəlmədə birləşdirir. Vətənə sevgi qan yaddaşımızda varis olduğumuz bir nemətdir. Canını vətən uğrunda vermək bizim üçün şərəfdir, qürurdur. Anadan öncə Vətənim deyən igidlərdən biri də şəhidimiz topçu polkovnik-leytenant Zaur Cəfərovdur.
Əslən Kəlbəcərli olaraq onun həyatdakı ən böyük arzusu Qarabağı düşmən işğalından azad etmək idi. Məktəb əlaçısı olan Zaur Cəfərov həyatını yalnız hərbdə, işğal olunan torpaqlar uğrunda gedən döyüşlərdə iştirak edərkən təsəvvür edirdi. Ruminiyada, Almaniyada təhsil alıb, hərbi məktəbləri fərqlənmə ilə bitirib, yüksək polkovnik-leytenant rütbəsinə çatmışdı. Bir neçə dəfə Bakıda qalıb nazirlikdə çalışmaq təklifi alsa da hər dəfə dostluq münasibəti qurduğu əsgərlərinin yanına dönürdü. Hərbi qulluğunun vaxtının bitməsinə baxmayaraq doğma torpaqlar azad olunmayana qədər ordunu tərk etməyəcəyinə and içmişdi.
Hələ 6 ayında ikən, Kəlbəcərin işğalı zamanı dolu evlərini bir an içində tərk edib, anası və kiçik bacı qardaşları ilə bərabər Murov dağını ayaqyalın 4 gün ərzində aşıb gəliblər. Əziz doğma yurdunun acısı qəlbini odlandırıb onu daim peşəsində mübariz edirdi. Müharibənin ilk günündən ailəsinə Kəlbəcəri alıb qayıdacağam deyə söz vermişdi. Z.Cəfərov Suqovuşanda, Tərtər rayonunda minaya düşərək şəhid olur. Onun 3 gözəl övladı bizlərə əmanət oldu. Ayrılarkən balaca oğlu Həsənə “Bacılarına yaxşı bax” deyə vəsiyyət edir. Zaur Cəfərov vətənimizin göz aydınlığı olan övladlarından biridir. Əminik ki, onun 9 yaşlı oğluna vəsiyyətini xeyirsevər insanlar icra edəcək.