Şəhid Dilsuz Qarayev

Şəhid Dilsuz Qarayev

Biz “Cığır” MDİD İB olaraq daima şəhid ailələrini ziyarət edirik. Bu gün də şəhidimiz Dilsuz Qarayevin ailəsiylə görüşdük. Şəhidin yoldaşı Röya xanım şəhidimizin çox qayğıkeş olmağından, onunla fəxr etdiyindən danışdı. O uşaqlıqdan vətənpərvər olub. Hələ məktəbdəykən vətənpərvər şeirlər oxuyar, hərbi xidmətə getmək üçün tələsərmiş.

Dilsuz çox qohumcanlı, təmkinli, sadə və ailəcanlı olub. Yaşca balaca olsada, ağsaqqal kimi gözəl məsləhətlər verirmiş. Şəhidimiz nəhayət arzusuna çatır. Öz gücü ilə xüsusi təyinatlılara seçilir və kəşfiyatçı olur. Ön cəbhədə vuruşur. 2016-cı ilin 2 aprelində Goranboyun uğrunda gedən döyüşlərin birində əks hücum zamanı qəhrəmancasına həlak olur.

Gizir Dilsuz Qarayev ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunur. Şəhidimizin atası da Qarabağ döyüşlərində yaralanıb 1-ci dərəcəli əlildir.

Allah şəhidlərimizə rəhmət eləsin Nur içində yatsınlar.Hər zaman qəlbimizdəsiniz, əziz Şəhidlərimiz.