“Dəvət-i Füzuli” gecəsində Füzulinin acını, qəmi necə önəmsəməsindən və bu qəm olmadan nəyinsə qədrini bilməyəcəyimizi bizə çatdırmağa çalışmasından danışıldı.
Bənii adəm əzayi yek digərənd
Ki dər afəriniş ziyek qohərənd
Çü üzvi bedərd avərəd ruzigar
Dəgər üzvha ra nəmanəd qərar
İnsan övladının əzalarının bir birlərinə oxşarı var, yaxınlığı var.
Həyata gələndə hamısı bir gövhərdən, nurdan əmələ gəlir.
İnsan övladının bir üzvündə ağrı olarsa,
Digər üzvlər də sağlam qalmaz, qərarsız olar, əziyyətə düşərlər.
Sədi Şirazi
Bütün mütəfəkkirlər sevdiyimiz bir hiss uğrunda çəkdiyimiz acının bizim üçün əziz və xoş bir duyğu olmasında həmfikirdirlər.
Bu dəfədə “Dəvət-i Füzuli” gecəsi çox fərqli oldu.Hər kəsə Füzuli dəryasından misralar hədiyyə olundu.