Şəhid olan ilk hərbi həkim, baş leytenant, ata, həyat yoldaşı, oğul və dost– bu dəfə şəhid Şöhrət Qasımovun evinə yol aldıq.
Qəhrəmanımızı onun gözəl, səmimi ailəsindən dinləyərək tanıdıq. Şəhidimiz 1992-ci il avqustun 16-sı Gədəbəy rayonunda dünyaya gəlib. Yüksək balla Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsini bitirdikdən sonra Yevlax rayonunda hərbi xidmətə başlayır. Şöhrət Qasımov Vətən müharibəsinin ən qızğın zamanında cəbhəyə yollanmaq qərarına gəlir. Bu istəyini görən xanımının “müharibəyə getmə”-deməsinə baxmayaraq, “mən getməsəm, balaca balamız Murad illər sonra müharibəyə gedib şəhid olacaq”- deyərək, cəbhəyə üz tutur.
Ağır döyüşlər zamanı qəhrəmanımız yaralansa da mübarizədən geri çəkilmir və 15 yaralı yoldaşını ərazidən çıxararaq onların həyatını xilas edir.
Şöhrət həyatının son anlarında erməni tankının qarşısına silahla çıxıb düşmənə zərbələr endirir. 29 sentyabr günü 3 çətin vəzifəsini Tərtərin Suqovuşan kəndində yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır.
Öz mənəvi vəzifəsini danmayıb, vətəni uğrunda igidcəsinə mübarizə aparmış qəhrəmanlarımıza salam olsun!
20 iyul tarixində şəhidimiz, baş leytenant Qasımov Şöhrət Şakir oğlunun doğum günü keçirildi. Bu münasibətlə şəhidin anım günü Sumqayıt Şəhidlər Xiyabanında qeyd olundu.
Şəhidimizin xatirəsinə həsr olunmuş xüsusi gündə milli kimliyimizi xatırladıq. Onun vətənə əmanət oğlunun əsgər geyimində dediyi şeir insanların qəlbində sədalanırdı.
Eyni zamanda Qasımov Şöhrət Şakir oğlunun adına bulaq açılışı oldu.