Şəhid Baş Çavuş İsmayıl Qəsəbov

Şəhid Baş Çavuş İsmayıl Qəsəbov

Şəhidliyin ətri varmış…
İsmayıl Qəsəbov o ətri duyaraq şəhadət zirvəsinə ucalan şəhidimizdir.

“Cığır” ailəmiz aylardır bu ətri dadan igid Vətən oğullarını tanımaq üçün şəhid ailələrini ziyarət edir.
Hər ziyarətimizə haqqa şahid olanların hekayəsi ilə yaxından tanış olmağın həyəcan, qürur və səadətini yaşayırıq.

Qəhrəmanımız İsmayıl 1991-ci il iyulun 6-da Qazax rayonunun Çaylı kəndində anadan olub.

Şəhidimiz Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olmuşdur.
44 günlük Vətən müharibəsində şücaətlə iştirak etmiş və Şuşa uğrunda döyüşlərdə şəhid olmuşdur.

Millətimizin, insanlığın qəhrəmanlıq kitabının səhifələrindən birini də Qəsəbov İsmayıl yazdı. Gənclik çağında cavanlara ibrət dərsi verdi İsmayıl.
Adı kimi özü də təslim oldu, sadiq oldu.

Qəhrəmanımız 2 oğul övladını- Mərd və Uğuru bizlərə əmanət qoydu. Onlar vətənimizin uğur və mərdlik qələbəsidir.

Tarix yazan qəhrəman İsmayıl, ruhun şad olsun!