“Şəfalı süd” layihəsi daha bir ailəmizi sevindirdi.

“Şəfalı süd” layihəsi daha bir ailəmizi sevindirdi.

“Sağlam ruhlar”- tibb qolumuz bu il 4-cü ailəmizə hər yöndən dəstək olmaq məqsədilə inək alıb bağış etdi.
Bu gün Göyçay rayonunun Yalman kəndində ata himayəsindən məhrum ailəyə inək və buzov bağışladıq.
İllərdir ata himayəsindən məhrum kənd sakinlərinə davamlı dəstək üçün inək və toyuq alınması layihəsini həyata keçirmişik. Hazırda “Şəfalı süd” adı ilə layihənin icrasını davam etdiririk.
Layihəmizin ən böyük dəstəkçiləri olan əziz xeyirsevərlər, bir ailənin xoşbəxtliyinə bizimlə birgə vəsilə olduğunuz üçün çox təşəkkür edirik.