Cənub rayonlarına səfərimiz zamanı komandamızla birlikdə Şirvan və Astara rayonlarındakı əmanətlərimizlə görüşdük, onlarla maarifləndirici və əyləncəli proqram təşkil etdik.
Həmçinin Masallı, Salyan, Cəlilabad, Biləsuvar və Hacıqabul rayonlarından olan əmanətlərimizin evlərinə də qonaq olduq. “Maidə Tekstil” sosial sahibkarlıq layihəmizin dəstəyi ilə əmanətlərimizə “Şirin yuxular” şüarı altında yataq dəstləri hədiyyə etdik və xeyriyyəçilərimizin əmanətlərini ailələrə çatdırdıq.
Qeyd etmək istəyirik ki, səfər çərçivəsində yeni ailələrə də ev ziyarətləri etdik.
Birliyimizə dəstək olan bütün xeyirsevərlərimizə təşəkkür edirik!










