Dahi mütəfəkkir Nizami Gəncəvinin hikmət dünyasını daha yaxından tanımaq üçün hər həftə davam edəcək yeni bir yolçuluğa ilk addımımızı atdıq.
Birliyimizin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyevanın təqdimatında keçirilən ilk görüşümüz giriş xarakteri daşıyırdı. Bu görüşdə yalnız Gəncəvi irsi ilə bağlı ümumi məlumat paylaşmayıb həm də hər bir iştirakçının bu irsdən nə gözlədiyini, mənəvi ehtiyaclarını və öyrənmə məqsədləri haqqında səmimi bir söhbət etdik.
Bu maarifləndirici mühit hər həftə yeni bir mövzu ilə dərinləşməyə davam edəcək.










