Ramazanın üçüncü iftar görüşü yenə də birlik və mənəvi zənginlik içində keçirildi.

Ramazanın üçüncü iftar görüşü yenə də birlik və mənəvi zənginlik içində keçirildi.

Teatr hissəsində uşaqlara Musa peyğəmbər haqqında səhnəcik təqdim olundu. Tamaşa Allah-a güvənməyin qorxulara qalib gəlməkdəki gücünü anlatdı. Ardınca uşaqlarla müzakirə aparıldı. Onlar inam və cəsarətin dəyərini birlikdə dəyərləndirdilər.
Eyni zamanda analarla ayrıca görüş təşkil olundu. Mənəvi mövzular ətrafında səmimi söhbətlər aparıldı. Qarşılıqlı dəstək mühiti formalaşdı.
İftara yaxın hamılıqla dua edildi. Süfrə başında bir araya gəlindi. İftar vaxtı mərkəzimizin önündən keçən insanlara isti düşbərə paylanıldı. Paylaşma ruhu küçələrə də yayıldı.
Tədbirin sonunda uşaqlara Ramazan hədiyyələri verildi. Hədiyyə qutuları və Maidə Tekstil tərəfindən hazırlanan pastellər təqdim olundu. Analara Mülk mağazasından geyimlər hədiyyə edildi. Bundan əlavə, analara “Cığır” MDİD İB təsisçisi Yeganə Mirzəyevanın İz kitabı da paylandı. Anaların gözlərindəki və balaca ürəklərdəki sevinc axşamın ən dəyərli anları oldu.
Bu görüş bir daha xatırlatdı. Güvən insanı qorxudan azad edir. Paylaşmaq qəlbləri birləşdirir. Ramazanın hər günü bizi bir az daha yaxınlaşdırır.