Əmanətlər müxtəlif oyunlar və yaradıcı fəaliyyətlərdə iştirak edərək həm birlikdə vaxt keçirdilər, həm də düşüncələrini paylaşdılar. Teatr hissəsində təqdim olunan səhnəcik isə uşaqlarla birlikdə müzakirə edilərək mənəvi dəyərlər üzərində düşünmək imkanı yaratdı.
Axşam birlikdə edilən dua ilə proqramımız davam etdi və iftar süfrəsi ətrafında hamı bir araya gəldi.
Proqramın sonunda uşaqlara Ramazan hədiyyələri və Maidə Tekstil tərəfindən hazırlanan yataq dəstləri təqdim olundu, analara isə Mülk mağazasından geyimlər hədiyyə edildi.
Səmimi söhbətlər, gülüşlər və paylaşım dolu bu görüş Ramazan günlərimizin daha bir gözəl xatirəsinə çevrildi.













