11 mart tarixində keçirilən Ramazan görüşümüz uşaqların həm öyrəndiyi, həm də özlərini ifadə etdiyi maraqlı bir proqramla yadda qaldı.

11 mart tarixində keçirilən Ramazan görüşümüz uşaqların həm öyrəndiyi, həm də özlərini ifadə etdiyi maraqlı bir proqramla yadda qaldı.

Görüşdə əmanətlər üçün Ramazan mövzusunda bilgi yarışı təşkil olundu. Uşaqlar sualları cavablandıraraq həm biliklərini sınadılar, həm də Ramazanla bağlı yeni məlumatlar öyrəndilər. Daha sonra “özümü necə görürəm?” mövzusunda rəsmlər çəkərək özlərini və düşüncələrini rənglərlə ifadə etdilər.
Teatr hissəsində “Səxavətin sınağı” tamaşası təqdim olundu. Tamaşa uşaqlara əlində olanı paylaşmağın, səxavətli olmağın və qonaqpərvərliyin dəyərini xatırlatdı. Səhnədən sonra bu mövzu uşaqlarla birlikdə müzakirə edildi.
Proqram digər fəaliyyətlər və birlikdə edilən dua ilə davam etdi, ardından iftar süfrəsi açıldı.
Günün sonunda uşaqlara Ramazan hədiyyələri və Maidə Tekstil tərəfindən hazırlanan yataq dəstləri təqdim olundu, analara isə Mülk mağazasından geyimlər hədiyyə edildi.