“Qurandan məktub var – 7”

“Qurandan məktub var – 7”

“And olsun əncirə və zeytuna!…
…Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq”. Tin surəsi 1/4

Bildiyiniz kimi, Quranda Rəbbimiz bir şeyə and verirsə, bu həmin məsələyə diqqət çəkmək və üzərində düşünmək üçündür.

Bəs niyə məhz əncirə və zeytuna işarə edir?

Gəlin zeytun və ənciri birlikdə tanımağa çalışaq.

  • Zeytun

Zeytun dünyada bilinən ən qədim becərilən ağaclardandır və vətəni Kiçik Asiyadır.
Zeytun ağacı 1000-3000 il yaşaya bilər.

Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10-12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü-parlaq, kənarları burulmuş halda olur.

Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Meyvələrinin lət hissəsində 70%-ə qədər, toxumunda isə 25 – 30% əla keyfiyyətli piyli yağ vardır. Zeytun yağı vitaminlər, antioksidantlar və mikroelementlərlə zəngindir. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.

  • Zeytunun faydaları

Sümük toxumalarını, əzələləri, bağırsaqların divarlarını möhkəmləndirir, radikallara qarşı müqavimət yaradaraq orqanizmin qocalma prosesini əngəlləyir.
Zeytunun hətta tumu və yarpağı da faydalıdır. Yarpağından dəmlənən çayın antibiotik təsiri var və soyuqdəyməni yaxşılaşdırır, təzyiqi salır. Çiçəyindən isə koloniya hazırlanır.

  • Əncir

Əncir subtrоpik mеyvə аğаcıdır. Hündürlüyü 10-15 m-ə çatаn аğаc və bəzən kоlşəkillidir.
Yer üzündə 750-dən çox əncir növü olduğu söylənilir. Yаrpаqlаrı kələ-kötür, аz və yа çох yаrılmış, budаq üzərində növbəli düzülüşlüdür.
İstisevən və quraqlığadavamlı bitkidir.

  • Əncirin faydaları

Əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır.
Xərçəngin və alzaymrın riskini azaldır. Ürək dostudur və saç-dəri, sümük, əzələ sisteminə faydalıdır.

Bilirdinizmi ki, əncir ümid verir?!

Vulkanik yerlərdə qurumuş lavalar arasında ilk yetişən əncirdir və o başqa bitkilərin yetişməsi üçün yol açır.
Öz işığı ilə digər cığırları aydınladır.

Məhv olan meşələri yenidən bərpa etmək və ağacların yetişməsini sürətləndirmək üçün əvvəlcə əncir əkilir. İlk olmaq çətindir, əncir isə bu vəzifəni öhdələnir. İlk olmaq nə demək?
Sənin vəzifən, məsuliyyətin, öhdəliyin var demək.
Özündən sonra gələnlərə xeyirli, mübarək, faydalı nemət qoymaq demək.

İlk olmaq cəsarət etmək demək. Deməli, əncir bizə cəsarəti öyrədir.

Məsuliyyətin simgəsi, düşdüyü mühiti münbitləşdirən əncir könül bağı qurduğumuz qəlblərin torpağını “münbitləşdir”-deyə mesaj verir bizlərə…

Hər şeyi ilə faydalı olmaq nümunəsi…
İnsanoğlunun ümdə məqsədi faydalı olmaq deyilmi?

Faydalı olmağın sirrinə varmışlar, nədir faydalılıq?
Sağlam ruhlar yetişdirə bilmək.

Çətinlikdə yetişib meyvə olan əncir və zeytun. Sıxıntılarda yetişə bilməyimi öyrədir bizlərə?

İnşirahı yaşamış onlar.

Zeytun və əncirdən dostluq və yoldaşlıq dərsi

Bu ikili birlikdəliyin bərəkətini yayırlar aləmə. Necə?
Əncirlə zeytun birlikdə əkilir. Əncir zeytuna dost olur, onun yetişməsinə kömək edir.

Cəmliyin nişanəsi deyilmi bu?! Cəmlikdən bərəkət doğar.

Dost axtarır insan cəm olmaq üçün, bərəkəti meyvəsiz ruhlara yaya bilmək üçün.

Çünki insanoğlu da bilir, bilir ki, biz birlikdə güclüyük, sevgimizlə, ümidimizlə, haqq yol üçün döyünən qəlbimizlə güclüyük!

Yayın istisində, qışın soyuğunda həmişəyaşıllığı ilə bizə problemlərə qarşı mübariz olmağı və səbir göstərməyi öyrədir.

Əncir, zeytun kimi faydalılıq yaymaq ümidi ilə…

“Qurandan məktub var-7”

“Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın sözləri qurtarmazdı. Həqiqətən, Allah qüdrətlidir, müdrikdir.” (Loğman, 27)

İlk dəfə tərpənəndə SÖZdən güc aldı QƏLƏM,
SÖZdən doğuldu ilk hərf… şahiddir bütün aləm.

Xəlvət pərdəsini ki, qaldırdılar, atdılar,
Öncə SÖZ cilvələndi, sözdən can yaratdılar.

SÖZdən bir səs, bir nəfəs gəlməmiş, Inan mənə:
Can girmədi palçıqdan xəlq olunmuş bədənə!

O gündən ki, QƏLƏMlə kağız çatdı şərəfə,
Cahan açdı gözünü, SÖZü gördü ilk dəfə.

SÖZ olmasa yerində dünya donardı, sözsüz
Nə qədər SÖZ dedilər,yenə əskilmədi SÖZ.

SÖZ canımızdır…Eşqin lüğətinə baxsana!
BİZ SÖZÜKük, gövdəmizsə yalnız xarabaxana!

Yalnız QƏLƏM gücünə düşüncələr saxlanır,
Misra SÖZ quşlarının qanadına bağlanır.

Bu sonsuz aləmdə ki, həm təzədir, həm köhnə,
Tükü qırx yerdən bölən SÖZdən kəskin nə var, nə?

Düşüncənin əvvəli, rəqəmin, sayın sonu,
Təkcə sözdür, təkcə SÖZ, yadında saxla bunu.

Gah SÖZün bayrağını çəkərlər eldən elə,
Gah QƏLƏMIN yazdığı saçar dünyaya şölə.

Bayrağını ən uzaq ellərə sancan da SÖZ,
QƏLƏM ilə ən yeni iqlimlər açan da SÖZ.

Biz ki, gözlərimizi SÖZə dikmişik artıq,
Ölsək, SÖZlə ölərik, qalsaq, SÖZlə qalarıq.

Damarları donanlar sözdə tapar atəş, köz,
Bağrı yananlar üçün dirilik suyudur SÖZ.

SÖZdür bərbad aləmin abad qalan guşəsi,
Bu fələk süfrəsinin ən dadlı azuqəsi!

SÖZ tapa bilməsəydi candakı şah damarı,
Can kələfin ucunu-aləmin tapardımı?

SÖZlə kəşf eləyiblər, hər qaydanı, hər yönü;
Həm təbiət mülkünü, həm şəriət möhrünü.

Mədən SÖZ və qızılı təklif edir sərrafa,
Sərraf tərəzisində SÖZ qızıldan çox baha!

Təzə SÖZ, köhnə altun.. hansı hakim kəsilir?
SÖZ hara, qızıl hara? Bunu sözdoğan bilir!

Öz qüvvəsilə gedər SÖZ qasidi.. tövşüməz,
SÖZ qaldıran dağları qaldıra bilməz heç kəs!

Heç kəs əyləşə bilməz SÖZdən yuxarı qatda,
Dövlətimiz,mülkümüz yalnız SÖZdür həyatda.

SÖZdən xəbərsiz qalır könüldən xəbərsizlər,
SÖZün yozumu SÖZdən daha şux, daha dilbər.

Nə qədər ki, cahan var, SÖZün coşsun qoy səsi,
Qoy SÖZlə təzələnsin Nizaminin nəfəsi.

13 thoughts on ““Qurandan məktub var-7”

  1. Gözəl sözün müsbət enerjisi olur.
    Həkimlərimiz də, xoş sözlərlə xəstələrə yardım etməyə çalışırlar. Yaxşı həkimin ümidverici sözləri çarəsiz xəstənin əhvalını xeyli yaxşılaşdıra bilir.
    Gözəl sözlə insan ayağa qalxıb həyatını müsbətə doğru dəyişə bilər.
    “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.” İsra surəsi 53.

  2. İftar süfrələrinin ən gözəl neməti sizin cəhdlərinizdir, əziz gənclər!
    İftar zamanı ən üstün qidanı ruhumuza siz ötürdüyünüz üçün hər birinizə təşəkkür edirik.

    1. Şəkilləriniz ayənin tam mənasını əks edərək Yaradanın qudrətinə valeh etdirir insanı. Allah sizi qorusun. Tükənməyən sözləriniz saleh əməlinizə şahid olaraq Cənnətinizə vəsilə olsun.

    2. İnsanı insan edən sözdür. Sözü dəyərli edən üzərində düşunülməsidi. Düşüncəni dəyərli edən isə yazılıb dünyaya çatdırılmasıdı. Rəbbim elminizj artırsın və qələminizi o elmin dili etsin

  3. masallah gencler size…sozun esl menasinda her paylasiminizi “agziaciq” oxuyuram…genc sozu xezine demekdir..siz dogurdan da xezinesiniz…bunlarin arasdirib,bizimle de bolusduyunuz cox cox sag olun…sozunuze quvvet…

  4. SÖZdən bir səs, bir nəfəs gəlməmiş, Inan mənə:
    Can girmədi palçıqdan xəlq olunmuş bədənə!
    Ramazan boyunca ruhumuzu qidalandiran genclerimize masaAllah.
    Allah sizden qebul etsin..

  5. Gözəl söz qədər insanın ağlına,qəlbinə,vicdanına təsir edəcəkbir qüvvə yoxdur.Söz qəlbdən qəlbə gedən yolda bir körpüdür.Allah sizlərə gözəl sözlə ölü qəlbləri diriltməyi nəsib etsin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir