“Qurandan məktub var -3”

“Qurandan məktub var -3”

“Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.” (Kəhf, 18)

Kəhf surəsi Quranın simvolik surəsi olub, fərqli paralel aləmləri, boyutları özündə əks etdirir. Bir qrup gənc bütpərəst hökmdarın onların öz Allah inancını buraxıb bütlərə tapınmalarına məcbur edildiyi və ölümlə hədələndiklərinə görə qorunma üçün yolda bir çobanın onlara göstərdiyi mağaraya sığınmış, çobanın itini də yanlarına almışlar. Gənclər dua edib Allahdan mərhəmət dilədilər.
Bu tibb elmində yataq yaralarına aiddir. Yataq xoraları arxa, üzünüz aşağı və ya yan tərəf yatarkən meydana gələn yaralardır. Otağın havasız olması və günəş şüalarının birbaşa bədənə vurması yataq xoralarının səbəbləridir. Həqiqətən, iltihabın qarşısını almaq üçün, yatan insanın çönməsi lazımdır ki, bədəni yaralanıb çürüməsin və yer onu xəstə etməsin. Bu səbəbdən 309 il ərzində Allah onları sola və sağa çevirmiş, bədənlərini qorudugunu vurğulamışdir.
Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı.
Həqiqətən bizi təəccübləndirən şey, mağaranın girişindəki itin onlar kimi dönməməsi və mağaranın girişində 309 il uzadılmış qolları ilə tək bir vəziyyətdə uzanması və bədəni xəsarət almaması, qanamaması idi. Bu hadisə bizi köpəklərin fiziologiyasını öyrənməyə vadar etdi. Ayəni oxuduqdan sonra aşağıdakılar aşkar edildi: İtlərin digər heyvanlardan fərqli cəhəti dərilərinin altında dərilərinin yaralanmamasının qarşısını alan bir maddə ifraz etməsi, dərilərinin yaralanmalarına mane olan, dönmədikləri halda da sağ qalmaqları həqiqət idi. Bu səbəblə, itin insan kimi çevrilməsi lazım deyildi.
” Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.”
Bəli bu hadisə gənclərin əslində zamanda hərəkət etdiklərinin, ölümlə həyatın hər zaman iç-içə olduğunu bizlərə xatırladır. İnsanın mağarada olsa belə kimlərlə birlikdə, ünsiyyətdə olması çox önəmlidir. Gənclər Allaha dua etdi bizə endindən rəhmət endir, bizi rüşdə çatır və Allah onları paralel aləmlərdə qoruması altına aldı, köpək sadiqliyinə görə adı kitaba düşdü və onun uzanış şəkli gəncləri qoruduğuna işarədir.
Deməli Kəhf surəsi bizə mesaj verir ki, əgər insan səmimi qəlbdən Allaha güvənərsə, Allah onu yarı yolda buraxmaqdan həya edər, ağılalmaz möcüzələrinə şahid edər.

5 thoughts on ““Qurandan məktub var -3”

Leave a Reply to Nurlana Cancel reply