“Qurandan məktub var – 3”

“Qurandan məktub var – 3”

“Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?”  (Ğaşiyə surəsi, 17)

Bugünkü təfəkkür limanımız Dəvədir.

Kainatdakı hər şey Allahın qüdrətini göstərsə də, ayədə Quranın ilk dəvətçiləri olan ərəblərin dəvənin yaradılışına diqqət etmələri istənilir, çünki ən çox sevdikləri və sahib olmaq istədikləri şey dəvədir.

Dayanıqlıq, sürmə rahatlığı, ətindən, südündən və yunundan istifadə kimi xüsusiyyətləri dəvəni səhranın ortasında yaşayan insanlar üçün əvəzolunmaz hala gətirir.
Dəvə Quranın ilk xitabçıları olan ərəblər üçün böyük əhəmiyyəti olduğuna görə “ibrət alsınlar” deyə xatırlanır. “Dəvə” kimi tərcümə etdiyimiz ibil sözünün “yağış dolu bulud” mənasını verdiyi və bu mənanın ayədə nəzərdə tutulduğu da bildirilir.

Gəlin birlikdə dəvənin muazzam yaradılışı haqqında düşünək.

Dəvə ərəb sözü olub “gözəllik” mənasını verir. Digər heyvanlarla müqayisədə olduqca sadiq olan dəvələr əti, suyu, dərisi, yunu, gübrəsi və isti quraq iqlimin hakim olduğu bölgələrdə uzaq məsafələr arasında yük daşımağa uyğun quruluşu həyati önəm daşıyır. Bu heyvanların bədəninin temperaturu gün ərzində 34 dərəcə Selsi ilə 41 dərəcə arasında dəyişir. Onların temperaturu 41 dərəcəni ötdükdən sonra tərləməyə başlayırlar.

Hörgüclərində yağ ehtiyatı yığılır. Bunun sayəsində dəvələr quraqlığa asanlıqla tab gətirir. Səhra sakinləri dəvələri yüksək qiymətləndirir və bu heyvanları “səhra gəmisi” adlandırırlar. Onlar bellərində 1 tona qədər yük apara bilir. Belindəki yüklə onun sürəti saatda 4-5 km-a çata bilir.

Qıçlarına nisbətən son dərəcə böyük olan ayaqları da xüsusi olaraq tərtib edilmiş, heyvan quma batmadan gedə bilsin deyə genişlədilib yaradılmışdır. Ayaq döşəmələrindəki xüsusi qalın dəri isə qızğın səhra qumlarına qarşı alınmış bir tədbirdir.

Allahın yaratdığı sonsuz gözəlliklər içərisində səbri, sədaqəti, dözümlülüyü, quruluşundakı hər bir detalı ilə əsl yaradılış möcüzəsi olan dəvələr hər halı ilə insanlara fayda verir.

Dəvələr böyük ölçüsünə və gücünə baxmayaraq, zəif bir heyvandan, qoyundan, digər canlılardan daha asan yönləndirilə bilər.

Sanki Allaha təslimiyyət və itaətkarlıq var cizgilərində.

Sizcə də dəvə nəfsin tərbiyə olunmuş halı deyilmi?
Hər halı ilə Yaradanından razı olmurmu?

Heç bir heyvanın yeyə bilmədiyi tikanları bele yeyə bilməyi bacaran dəvə.

Dəvə bizlərə tikanda belə gözəlliyi görə bilməyi öyrətmirmi?!

Göründüyü kimi böyük olmasına baxmayaraq, gözəl bir səslə çağırıldıqda dərhal təsirlənir və sevincli olur. Gözəl bir söz kökləri yerə bərkidilmiş ağaca bənzər.

Gözəllik aşiqi olan dəvə.

Dəvə misalı tikana baxdıqda belə gül görmək ümidi ilə.

“Qurandan məktub var -3”

“Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.” (Kəhf, 18)

Kəhf surəsi Quranın simvolik surəsi olub, fərqli paralel aləmləri, boyutları özündə əks etdirir. Bir qrup gənc bütpərəst hökmdarın onların öz Allah inancını buraxıb bütlərə tapınmalarına məcbur edildiyi və ölümlə hədələndiklərinə görə qorunma üçün yolda bir çobanın onlara göstərdiyi mağaraya sığınmış, çobanın itini də yanlarına almışlar. Gənclər dua edib Allahdan mərhəmət dilədilər.
Bu tibb elmində yataq yaralarına aiddir. Yataq xoraları arxa, üzünüz aşağı və ya yan tərəf yatarkən meydana gələn yaralardır. Otağın havasız olması və günəş şüalarının birbaşa bədənə vurması yataq xoralarının səbəbləridir. Həqiqətən, iltihabın qarşısını almaq üçün, yatan insanın çönməsi lazımdır ki, bədəni yaralanıb çürüməsin və yer onu xəstə etməsin. Bu səbəbdən 309 il ərzində Allah onları sola və sağa çevirmiş, bədənlərini qorudugunu vurğulamışdir.
Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı.
Həqiqətən bizi təəccübləndirən şey, mağaranın girişindəki itin onlar kimi dönməməsi və mağaranın girişində 309 il uzadılmış qolları ilə tək bir vəziyyətdə uzanması və bədəni xəsarət almaması, qanamaması idi. Bu hadisə bizi köpəklərin fiziologiyasını öyrənməyə vadar etdi. Ayəni oxuduqdan sonra aşağıdakılar aşkar edildi: İtlərin digər heyvanlardan fərqli cəhəti dərilərinin altında dərilərinin yaralanmamasının qarşısını alan bir maddə ifraz etməsi, dərilərinin yaralanmalarına mane olan, dönmədikləri halda da sağ qalmaqları həqiqət idi. Bu səbəblə, itin insan kimi çevrilməsi lazım deyildi.
” Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.”
Bəli bu hadisə gənclərin əslində zamanda hərəkət etdiklərinin, ölümlə həyatın hər zaman iç-içə olduğunu bizlərə xatırladır. İnsanın mağarada olsa belə kimlərlə birlikdə, ünsiyyətdə olması çox önəmlidir. Gənclər Allaha dua etdi bizə endindən rəhmət endir, bizi rüşdə çatır və Allah onları paralel aləmlərdə qoruması altına aldı, köpək sadiqliyinə görə adı kitaba düşdü və onun uzanış şəkli gəncləri qoruduğuna işarədir.
Deməli Kəhf surəsi bizə mesaj verir ki, əgər insan səmimi qəlbdən Allaha güvənərsə, Allah onu yarı yolda buraxmaqdan həya edər, ağılalmaz möcüzələrinə şahid edər.

5 thoughts on ““Qurandan məktub var -3”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir